525.Az

“Yeni Üfüq” Ramazan ayında tədbirlərə start verdi


 

“Yeni Üfüq” Ramazan ayında tədbirlərə start verdi <b style="color:red"></b>

“Yeni Üfüq” Mənəvi İrsinTəbliği İctimai Birliyi müqəddəs Ramazan ayımünasibəti ilə xeyriyyə tədbirlərinə start verib.

Birlikdən 525.az-a verilən məlumata görə, “Yeni Üfüq” Bakı şəhərində ilk iftar süfrəsini təşkil edib.

Təşkil edilən iftar süfrəsində müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Vətənin və dövlətin birlik və bərabərliyinə dualar edilib.

Xeyriyyə tədbirində çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli mübarək Ramazan ayının mənəvi fəzilətlərindən geniş söz açıb.

O, bu ayın mərhəmət, rəhmət, bərəkət, bağışlanma ayı olduğunu bildirib.

Birlik sədri qeyd edib ki, Ramazanın ilahidən bəndələrinə müjdə olaraq verilmiş bir fürsətdir: “Mübarək günlərdə dualarımızda Vətənin, dövlətin daim var olması, eləcədə dogma Qarabağın işğaldan tezliklə azad olmasınıAllahdan təmənna etməliyik”.

Tədbirdə ölkənin bir qrup fəal qadınları, habelə şəhid və qazi ailələri iştirak edib.

 





20.05.2018    çap et  çap et