525.Az

Gürcüstandan mal-qara idxalı 2,7 dəfə artıb


 

Gürcüstandan mal-qara idxalı 2,7 dəfə artıb<b style="color:red"></b>

Bu ilin ilk dörd ayı ərzində Azərbaycan Gürcüstandan 4 mln. 712,8 min dollar dəyərində 2 084,7 ton diri iribuynuzlu mal-qara idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə qonşu ölkədən mal-qaranın idxalı 2,7 dəfə artıb.

İdxal olunmuş mal-qaranın dəyəri ötən ilin analoji göstəricisi ilə müqayisədə 3 mln. 687,2 min dollar və ya 4,5 dəfə çoxdur.

Qeyd edək ki, ötən ilin ilk dörd ayı ərzində Azərbaycan Gürcüstandan 1 mln. 025,6 min dollar dəyərində 770,6 ton diri iribuynuzlu mal-qara idxal edib.

 





21.05.2018    çap et  çap et