525.Az

“ASAN Xidmət” əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin qeydiyyatına başladı


 

“ASAN Xidmət” əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin qeydiyyatına başladı<b style="color:red"></b>

Bu gündən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən bütün “ASAN Xidmət” mərkəzlərində həyata keçiriləcək. 

APA-nın xəbərinə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Xidmət” mərkəzlərində olduğu yer üzrə qeydiyyata alınması DMX ilə “ASAN Xidmət” arasında bu il mayın 17-də imzalanmış anlaşma Memorandumunun icrasına əsasən həyata keçirilir.  

Memoranduma əsasən, DMX ölkədə 10 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin “ASAN Xidmət” mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyini götürüblər.

 





21.05.2018    çap et  çap et