525.Az

“Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək çox iş var”


 

“Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək çox iş var”<b style="color:red"></b>

“Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni səviyyədə bizim də Azərbaycanda görə biləcəyimiz işlər çoxdur”. 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.  

Serbiya prezidenti deyib ki, iqtisadiyyatımız gücləndikcə Serbiya şirkətləri Azərbaycana cəlb oluna bilər: “Bu il Serbiyada iqtisadi artım 4,5 faiz olub. Məndə olan məlumata görə, Azərbaycanın da qeyri-neft sektorunda 3 faiz artım olub. Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirəm”.

 





21.05.2018    çap et  çap et