525.Az

Milli Səhiyyə Forumu keçiriləcək


 

Milli Səhiyyə Forumu keçiriləcək<b style="color:red"></b>

İyunun 16-da PROAKTİV şirkətinin təşəbbüsü, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə ölkədə ilk Milli Səhiyyə Forumu təşkil olunacaq. 

APA-nın xəbərinə görə, PROAKTİV şirkətinin direktoru Şahanə Sarı bildirib ki, forum Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, hər il qeyd olunan 17 iyun-Tibb işçilərinin Peşə Bayramına həsr olunub. 

Məqsəd dövlət və özəl sektorda tibb sahəsində çalışan həkimləri, tələbə və rezidentləri toplayaraq bu önəmli günü təntənəli qeyd etmək, eyni zamanda tibb sahəsindəki son innovativ yeniliklərin müzakirə olunması üçün yeni platforma yaratmaqdır. Forumda çıxış edəcək spikerlər və mövzular barədə yaxın günlərdə açıqlama veriləcək. 

Qeyd edək ki, PROAKTİV şirkəti biznes qurumlara və dövlət müəssisələrinə müxtəlif PR xidmətləri göstərir, o cümlədən, KSM (Korporativ Sosial Məsuliyyət) layihələrin, yerli və beynəlxalq sərgi, konfrans, təntənəli açılış mərasimləri, hər növ korporativ tədbirlərin təşkili ilə məşğul olur.

 





21.05.2018    çap et  çap et