525.Az

Pedaqoji fəaliyyətinə qadağa qoyulacaq şəxslərin kateqoriyası müəyyənləşir


 

Pedaqoji fəaliyyətinə qadağa qoyulacaq şəxslərin kateqoriyası müəyyənləşir<b style="color:red"></b>

Azərbaycanda pedaqoji fəaliyyəti qadağan edən halların siyahısı müəyyənləşdirilib. 

APA-nın məlumatına görə, bu məsələ prezident tərəfindən “Təhsil haqqında” qanuna əlavə üçün təklif edilən 36-1 (Pedaqoji fəaliyyət ilə məşğul olma) maddəsində əks olunub. 

Layihəyə əsasən aşağıdakı şəxslər Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər: 

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;

- ağır, xüsusilə ağır cinayət törətdiyinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər; 

Maddədə o da bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyət ilə məşğul ola bilməzlər. 

Layihə Milli Məclisin mayın 22-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 





21.05.2018    çap et  çap et