525.Az

“ABŞ-ın yeni strategiyası İranın daxili işinə müdaxilədir”


 

“ABŞ-ın yeni strategiyası İranın daxili işinə müdaxilədir”<b style="color:red"></b>

İran Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Maykl Pompeonın açıqlamasına münasibət bildirib. 

APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in bəyanatında bildirilib ki, dünya ölkələrinin qarşı çıxmasına baxmayaraq özünün bütün beynəlxalq siyasi və hüquqi öhdəliklərini tapdalayan ABŞ öhdəliklərini yerinə yetirən İrana qarşı şərtlər irəli sürə bilməz. 

“ABŞ rəhbərliyinə tövsiyə edirik ki, ölkələrinin İrana qarşı  öncəki illərdəki siyasətlərindən  ibrət alsınlar, müdaxiləedici və uğursuz  siyasətlərini davam etdirməyə son qoysunlar”, bəyanatda deyilir.  

Sənədlə həmçinin, İran ona qarşı irəli sürülən bütün ittihamların yalan olduğunu bildirib, ABŞ-ın yeni strategiyasını İranın daxili işinə müdaxilə kimi dəyərləndirib və  BMT  üzvinə qarşı  qanunsuz hədə hesab edib.  

“İran qanun çərçivəsində qarşılıq vermə haqqını özü üçün açıq saxlayır”, bəyanatda vurğulanıb. 

Bu gün ABŞ dövlət katibi Mayk Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb və bildirib ki, rəsmi Tehran siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək. Mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.

 





22.05.2018    çap et  çap et