525.Az

“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycanı Rumınyada təmsil edəcək


 

“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycanı Rumınyada təmsil edəcək<b style="color:red"></b> “Odlar Yurdu” Gənclər İB növbəti beynəlxalq layihənin tərəfdaşı olub.

Avropa Komissiyasının (The European Commission) Erasmus Plus proqramı çərçivəsində Rumunyanın Krayova şəhərində keçirilən “You are not alone” (Sən tək deyilsən) adlı layihə əlil insanların cəmiyyətə inteqrasiyası mövzusu istiqamətində, gənclər mübadiləsi proqramı formatında icra olunacaq.

Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə, 5 nəfərlik heyyətlə Birlik 31 may-6 iyun tarixlərində layihəyə qatılacaqlar.

Layihə çərçivəsində Azərbaycan mədəniyyət gecəsi təşkil olunacaq və ölkəmiz gənclər tərəfindən layiqincə təmsil olunacaq. Apreldə Rumunyada layihənin hazırlıq görüşündə iştirak edən sədr İngiltərə, Yunanıstan, Bolqariya, Azərbaycan, Türkiyə və Rumunyadan ümumilikdə 35 nəfər gəncin layihədə iştirak edəcəyini bildirib.

Layihə birliyin sayca 18-ci beynəlxalq tərəfdaşlığıdır.

Birlik Türkiyə, Sloveniya, İtaliya, Norveç, Moldova, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrdə keçirilən layihərin tərəfdaşı olaraq könüllü gənclərə həmin layihələrdə iştirak imkanı tanımış, onların dünyagörüşlərinin, xarici dil və s. kimi vacib biliklərinin artmasına dəstək olub.

Bütün layihələrdə təşkil olunan “Azərbaycan Mədəniyyət gecəsi” vasitəsilə ölkəni yüksək səviyyədə və layiqincə təmsil ediblər.
 





22.05.2018    çap et  çap et