525.Az

Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edildi


 

Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edildi<b style="color:red"></b>

Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bütün dünyada bu günün sevinclə qeyd edildiyi, lakin 18 mayın Azərbaycan tarixinə kədərli gün kimi də həkk olunduğunu, bu il Laçının ermənilər tərəfindən işğalının 26-cı ildönümü olduğunu deyib: "Laçının və ümumiyyətlə, Qarabağın ərazisində çoxsaylı tarixi abidələr, muzeylər dağıdılır, maddi mədəniyyət nümunələrimiz erməni adı ilə dünyaya yayılır. Bu istiqamətdə bizim dövlətimiz hüquqi formada mübarizə aparır, hökümət səviyyəsində vacib tədbirlər görür". Eyni zamanda, ölkə rəhbərliyinin dəstəyi ilə hər il ölkəmizin mədəni sərvətlərinin YUNESCO-nun qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil olduğunu diqqətə çatdırıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev muzey ictimaiyyətini bu əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, bu gün beynəlxalq səviyyədə bütün dünyada məhz muzey işçiləri üçün qeyd olunan tarixdir.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək, ölkəmizin muzey ictimaiyyətini təbrik ediblər.

S.QARAYEVA

 





22.05.2018    çap et  çap et