525.Az

Büdcənin icrasına dair illik hesabat müzakirə ediləcək


 

Büdcənin icrasına dair illik hesabat müzakirə ediləcək<b style="color:red"></b>

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. 

"APA-Economics"in məlumatına görə, Hesablama Palatasının növbəti kollegiya iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi geniş  müzakirə edilib. 

Rəydə dövlət büdcəsinin gəlirləri, xərcləri, həmçinin dövlət borcu ilə bağlı ətraflı təhlillərin əks olunduğu, məlumat bazasının genişləndirildiyi qeyd edilib, rəyin strukturunda təkmilləşdirilmə aparıldığı diqqətə çatdırılıb. 

İclasda Rəy barədə fikir və təkliflər bildirilib, qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.

 





22.05.2018    çap et  çap et