525.Az

Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır


 

Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır<b style="color:red"></b>

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, bu məqsədlə axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır. 

"Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

 





22.05.2018    çap et  çap et