525.Az

"İspan dili və mədəniyyəti" günü keçirildi


 

"İspan dili və mədəniyyəti" günü keçirildi <b style="color:red"></b> Azərbaycan Dillər Universitetində "İspan dili və mədəniyyəti" günü keçirilib.
 
APA-nın xəbərinə  görə, tədbirdə çıxış edən İspaniyanın Azərbaycandakı müvəqqəti  işlər vəkili İqnasiyo Sançez Taboada tədbirin əsas mahiyyətinin ispan mədəniyyəti və dilini təşviq etmək olduğunu deyib. Bu il həm də Azərbaycan  Dillər Universitetində İspan dilinin tədrisi departamentinin  yaradılmasının 25 illiyinin tamam olduğunu söyləyən İ. S. Taboada ispan dili ixtisası üzrə təhsil alan tələbələr arasında bu dilə çox böyük maraq olduğunu bildirib.
 
Azərbaycan  və İspaniya arasındakı əlaqələrə toxunan diplomat iki ölkə arasında əlaqələrin bu gün çox yaxşı səviyyədə olduğunu vurğulayıb: "Biz siyasi, diplomatik, maliyyə, mədəni sahələrdə əlaqələrimizi, eləcə də xalqlarımız arasındakı əlaqələri inkişaf etdirmək niyyətindəyik. Bu yaxınlarda  da İspaniyadan iş adamlarının Azərbaycana səfəri gözlənilir.  Onlar iyun ayında burada keçiriləcək biznes forumda iştirak edəcək ".
 
Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva qeyd edib ki, bu cür tədbirin təşkili ispan mədəniyyətini göstərmək və ölkə mədəniyyətləri arasında əlaqə yaratmaq baxımından əhəmiyyətlidir. Səfir Azərbaycan və Argentina arasında mədəniyyətlərin bölüşməsi, sosial layihələrin, xüsusilə təhsil sahəsində layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb: "Hər şeyin yaxşısını etməliyik, amma bu, asan deyil. İqtisadi əməkdaşlıq da mühümdür və bu əməkdaşlığın inkişafı üzərində işləyirik".
 
Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini isə ispan dilinin Latın  Amerikası ölkələrinə bir miras olduğunu söyləyib.
 
Tədbirdə tələbələr tərəfindən ispan mədəniyyətinə məxsus rəqslər, ifalar nümayiş edilib.
 





22.05.2018    çap et  çap et