|
|
|
|
Rəsmi Tehran təşəbbüs göstərərsə İranın nüvə proqramına dair yeni saziş bağlana bilər.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Bildiyiniz kimi, biz İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxmışıq. Bu İrana mənfi təsir göstərib, əhəmiyyətli dərəcədə zəiflədib. Ümid edirəm ki, müəyyən bir anda onlar bizə zəng edərək müvafiq təşəbbüs göstərəcək və yeni bir saziş bağlanacaq. Bu ola da bilər, olmaya da bilər”, deyə D.Tramp vurğulayıb.