|
|
|
|
Əhvazda baş vermiş terror aktı İranıın siyasi kursunu dəyişdirə bilməz.
Trend-in məlumatına görə, bu fikiri İranın müdafiə naziri Əmir Hatəmi səsləndirib.
Nazir bildirib: "Bu axmaq və insanlığa sığmayan addım Tehranı siyasi kursundan döndərə bilməz".
Ə.Hatəmi əlavə edib ki, terrorçuları İran tərəfindən amansız intiqam gözləyir.
Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Hadisə zamanı 29 nəfər ölüb, 70-ə yaxın nəfər yaralanıb.