|
|
|
|
Böyük Britaniyanın Baş naziri Tereza Mey hökumətin, ölkənin Avropa İttifaqından (Aİ) çıxmasının ("Brexit") təsdiqlənəcəyi təcili iclasını ləğv edib.
“Report” xəbər verir ki, bu barədə “The Independent” nəşri yazıb.
Məlumatda bildirilir ki, hökumət başçısının ofisi “Brexit”lə bağlı razılaşma sənədinin hazırlanmasını çatdıra bilməyib.
"Həmin sənəd Aİ-nın növbəti zirvə sammitinə qədər təsdiqlənməyə bilər. Bu halda rəsmi London "bahalı" “Brexit”ə hazırlaşmalı olacaq", - yazıda qeyd olunub.