https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg FİFA-nın ikiüzlülüyü - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/310613_3txrqbjb33.jpg Peşəsinə vurğun
https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
https://525.az/img/pics/medium/2024-04/310594_opjniwvfxv.jpeg I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib
search
19 Aprel 2024
18 Aprel 2024

AFFA sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı təşkil etdi

AFFA sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı təşkil etdi

Uşaq Hüquqları aylığı çərçivəsində AFFA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində futbol festivalı təşkil edib.

Nazirlikdən verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə bu müəssisədə, habelə 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Ümumilikdə 230 nəfərdən çox uşağın daimi dövlət təminatında yaşadığı hər iki müəssisədə uşaqların stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilməklə, onların sosial reabilitasiya yönümlü tədbirlərə, bacarıqlarına uyğun idman növlərinə cəlb olunması üçün də işlər aparılır.

Futbol festivalında AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov, habelə ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirləri və BMT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbərinin həyat yoldaşları iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar uşaqların bacarıqlarının inkişafı üçün fəaliyyət göstərən dərnəklərlə, emalatxanalarla, uşaqların hazırladıqları əl işləri ilə tanış olublar.

C.ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.