|
|
|
|
Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibə davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, bu gün saat 17:05-ə olan göstəricilərə görə, ümumi müsahibədə 6 nəfər uğur qazanıb. Onlardan 2-si Maliyyə Nazirliyində, 2-si Energetika Nazirliyində, 1-i Məhkəmə-Hüquq Şurasında, 1 nəfər isə Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.
Ümumi müsahibə martın 5-də başa çatacaq.
Qeyd edək ki, müsahibəyə ərizə qəbulu fevralın 3-də yekunlaşıb və 130 nəfər müraciət edib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (53 nəfər) və Energetika Nazirliyində (23 nəfər) qeydə alınıb.