Bu gün Rusiyada keçirilən prezident seçkilərinin exit poll nəticələrinə görə, hazırki prezident Vladimir Putin 70 faizdən çox səslə (ФОМ - 77 faiz, ВЦИОМ - 73,9 faiz) qələbə qazanıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, exit poll nəticələrinə əsasən, Kommunist Partiyasından irəli sürülən Pavel Qrudinin 11 faizdən, Rusiya Liberal-Demokratik Partiyasının namizədi Vladimir Jirinovski isə 6 faizdən çox səs toplayaraq üçüncü yerdə qərarlaşıb.