525.Az

AzMİU-da I Azərbaycan-Ukrayna beynəlxalq konfransı keçirilir


 

AzMİU-da I Azərbaycan-Ukrayna beynəlxalq konfransı keçirilir<b style="color:red"></b>

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Building innavations-2018” mövzusunda I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı öz işinə başlayıb.

Ukrayna, Almaniya, Özbəkistandan böyük tərkibdə elm adamının qatıldığı iki günlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək konfransın iştirakçılarını salamlayıb.  Konfransın aktual mövzuya həsr olunduğunu deyən rektor qeyd edib ki, tikinti istehsalatının sürətli inkişafını müasir texnologiyaların tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. O, inkişaf edən ölkəmizdə inşaat sektorunda canlanmanın müşahidə olunduğunu, dünyada kəşf olunan müasir texnika və texnologiyaların respublikamızın tikinti sektoruna uğurla tətbiq edildiyini vurğulayıb. Rektor bildirib ki, bu gün tikinti sektorunda innovasiya potensialının artırılması artıq dövlət priоritetlərinindən birinə çevrilib. Bu sektora yönəldilmiş innovasiya fəaliyyətlərinin maliyələşməsinə ayrılan büdcə və büdcədənkənar vəsaitlər bir daha bunu sübut edir.G.Məmmədova çıxışında bu gün paytaxtda və bölgələrədə aparılan genişmiqyaslı tikinti və quruculuq işlərinə də toxunub, qonaqlara möhtəşəm tikililər - Azərbaycanın simvoluna çevrilən “Alov” qüllələri, Heydər Əliyev mərkəzi, “Ağ şəhər” layihəsi, Bakı bulvarı və s. haqqında ətraflı məlumat verib. Çıxışının sonunda konfrans iştiraçılarına uğurlar arzulayan rektor qonaqları sfər çərçivəsində Bakı şəhərini gəzməyi və qeyd olunan inkişafı öz gözləri ilə görməyi arzu edib.

Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, iqtisadiyyat elmləri doktoru, professor, təşkilat komitəsinin həmsədriVladimir Onişenko da konfransda çıxış edib, həmkarlarını salamlayıb. Ukraynalı rektor bildirib ki, təmsil etdiyi universitetin əməkdaşları bu konfransın təşkilatçılarından biri olaraq xüsusi həvəs və məsuliyyətlə bu tədbirə hazırlaşıblar. 21 əməkdaşının konfarnsa qatıldığını deyən V.Onişenko konfrans materiallarında 120-dən artıq məqalə və tezisin çap olunduğunu deyib. O, bu günkü konfransın müasir innovativ texnika və texnologiyaların  tikinti istehsalatına tətbiqi sahəsində əldə edilən yeniliklərin elm ictimaiyyətinə çatdırılmasında xüsusi yeri olacaq. O bildirib ki, tikintinin layihələndirilməsində, tikinti məmulatlarının istehsalında və onun inşasında tətbiq edilən innovasiyalar tikintinin müdətinin qısaldılmasına, keyfiyyətin yüksəldilməsinə və tikinti məhsulunun maya dəyərinin aşağı düşməsinə xidmət edir. Rektor onu da vurğulayıb ki, bu tədbir həm də AzMİU ilə Ukrayna universitetləri arasında körpü olacaq, elm və təhsil sahəsində birgə əməkdaşlığın, təhsil və təçrübə mübadiləsinin təməlini qoyacaq, elmi-texniki əməkdaşlığı gücləndirəcək.

Konfransda iştirak edən Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriAleksandr Mişenko da konfrans iştirakçılarını salamlayıb, onun işinə uğurlar arzulayıb. Səfirlik fəaliyyəti çərçivəsində diplomat kimi çalışdığı ölkələr arasında Azərbaycanın xüsusi yeri olduğunu vurğulayan səfir Ukraynadan gələn nümayəndə heyətinə xalqımızın qonaqpərvərliyindən, istiqanlılığından, səmimiliyindən ağızdolusu danışıb. O, həmvətənlərinə Bakıya, Azərbaycana tez-tez gəlməyi, həmkarlarıyla təkcə elmi deyil, həm də müxtəlif sahələrdə işgüzar əlaqələr qurmağı, müxtəlif sahələrdə azərbaycanlı mütəxəssislərdən öyrənməyi tövsiyə edib. Səfir Bakını Kiyevlə müqayisə edərək paytaxtımızda 5 ulduzlu otellərin sayının daha çox olduğunu, müasir, göz oxşayan tikililərin Bakını Avropanın ən gözəl şəhərlərindən birinə çevirdiyini vurğulayıb. Çıxışının sonunda o, I Azərbaycan – Ukrayna beynəlxalq konfransının ərsəyə gəlməsinə görə hər iki tərəfə təşəkkür edib, elm və təhsil sahəsində, o cümlədən ali təhsil müəssisələri ilə alimlər arasında qurulan əməkdaşlığın, ölkələrarası əlaqələrin inkişafına mühüm təsir göstərən məqamlardan olduğunu da xüsusi vurğulayıb.

Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov təhsil naziri Ceyhun Bayramovun konfrans iştirakçılarına salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb. O qeyd edib ki, inşaat sektoruna mütəxəssis hazırlayan ali təhsil ocağında dövrümüz üçün aktual olan mövzuya həsr olunmuş beynəlxalq konfransın keçirilməsi bu sahədə olan yeniliklərin öyrənilməsi, tədqiqi və tətbiqi  istiqamətində mühüm addım olacaq.

Plenar iclasdaAzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Dizayn kafedrasının professoru, memarlıq doktoru Nərgiz Abdullayeva “Azərbaycanın XX əsr sənaye memarlığının inkişaf mərhələləri və xarakterik xüsusiyyətləri” mövzusunda çıxış edib. Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Memarlıq və şəhərsalma kafedrasının müdiri, texnika elmləri doktoru, professorAleksandr Semkonun çıxışı isə “Polad dəmir-beton konstruksiyalarının Ukraynada inkişafı” mövzusuna həsr olunub.

Plenar məruzələrdən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Məlumat üçün qeyd edək ki, konfrans 2 gün davam edəcək.

 





24.05.2018    çap et  çap et