525.Az

"Hər ailənin psixoloqu, vəkili olmalıdır"


 

KOMİTƏ SƏDRİ: "BU GÜN ÖLKƏDƏ 10 MİN NƏFƏRƏ 1 VƏKİL DÜŞÜR"

"Hər ailənin psixoloqu, vəkili olmalıdır"<b style="color:red"></b>

Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə qeyri-hökumət təşkilatlarının (QHT) əksəriyyətinin yalnız populizmlə məşğul olduğunu bildirib.

S.Novruzov deyib ki, hazırda ölkədə 5000 QHT fəaliyyət göstərir. "Lakin onların əksəriyyəti yalnız populizmə məşğul olur. İnsan haqları və sair mövzunu əldə bayraq edirlər ki, xaricin diqqətini çəksinlər, qrant əldə etsinlər.

Ölkədəki daxili problemlər, məsələn, psixoloji yardım və sair məsələlər isə diqqətdən kənarda qalıb. Ona görə də QHT-lərin fəaliyyəti cəmiyyətdə o qədər də hiss olunmur" - deyə, S.Novruzov sözlərinə əlavə edib.

S. Novruzov sonra qeyd edib ki, ölkədə psixoloji yardım və vəkilliklə bağlı çatışmazlıqlar mövcuddur:

"Bu gün ölkədə 10 000 nəfərə 1 vəkil düşür. Vəkilliklə bağlı qanuna dəyişiklik etdik, bu sistemi artıq dəyişirik. Güman edirəm ki, psixoloji yardımla bağlı vəziyyətə də baxmaq lazımdır. Hər ailənin psixoloqu, vəkili olmalıdır. Məhz bu çatışmazlıq səbəbindən ailələrdə, gənclər arasında problemlər yaranır".

Kamil HƏMZƏOĞLU

 





24.05.2018    çap et  çap et