525.Az

AXC-nin 100 illik yubileyi orta məktəbdə qeyd olundu


 

AXC-nin 100 illik yubileyi orta məktəbdə qeyd olundu <b style="color:red"></b>

Bakıdakı 311 saylı tam orta məktəbdə "Şərqin Günəşi" mövzusunda tədbir keçirilib. Tədbir "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili" layihəsi çərçivəsində təşkil olunub.

Məktəbin direktoru Esmira Muradova layihənin əhəmiyyətindən danışıb. Tədbir məktəb şagirdlərinin çıxışları ilə davam edib. Azərbaycan Cümhuriyyəti tarixinə aid slaydlar göstərilib, Cümhuriyyət qurucularının  həyatı, fəaliyyətləri haqqında geniş məlumat verilib.

Tədbir boyunca şagirdlərin ifasında müxtəlif vətənpərvərlik mahnıları, şeirlər oxunub, musiqi səsləndirilib.

Tədbirdə məktəbin tarix müəllimi Nəcəfalı Cahangirli, Tarix İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Faiq Ələkbərli, "Tariximizə sahib çıxaq" İctimai Birliyinin sədri Araz Şamilov çıxış ediblər.

Tədbirin sonunda çıxışları ilə fərqlənən şagirdlərə  diplomlar təqdim edilib.

 





24.05.2018    çap et  çap et