525.Az

Parlamentin 100 illiyinə həsr olunmuş xüsusi iclası oktyabrda keçiriləcək


 

Parlamentin 100 illiyinə həsr olunmuş xüsusi iclası oktyabrda keçiriləcək<b style="color:red"></b>

Milli Məclisin Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş xüsusi plenar iclası və digər yubiley tədbirləri bu ilin payız sessiyasında keçiriləcək. 

APA-nın məlumatına görə, iclasın və tədbirlərin oktyabr ayında keçirilməsi nəzərdə tutulur. 

Xüsusi iclasda bir sıra ölkələrin parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, parlamentin 100 illiyi münasibətilə xüsusi iclasın iyunun 8-də keçirilməsi açıqlanmışdı.

 





24.05.2018    çap et  çap et