525.Az

Türkə nifrət erməninin dəyişməyən xislətidir


 

Türkə nifrət erməninin dəyişməyən xislətidir<b style="color:red"></b>

Tarixən erməni daşnaklarının türklərə - azərbaycanlılara qarşı törətdikləri soyqırımların və terror aktlarının sayı-hesabı yoxdur.

Ermənilərin türklərə qarşı içində qaynayan kin, nifrət əsrlər boyu zərrə qədər də azalmayıb, əksinə, daha da artıb, onları ağlasığmaz vəhşiliklər törədəcək səviyyədə qansızlaşdırıb. Ermənilər beyinlərində kök salan “dənizdən-dənizə böyük Ermənistan” arzusunun gerçəkləşməsi uğrunda uzun illərdən bəri əllərindən gələni etsələr də, bu arzu xam xəyal olaraq qalıb.

... Ermənilərin törətdiyi cinayətlər sənədlərdə öz əksini tapıb, tarixin yaddaşına qanlı hərflərlə hopub. Bu cinayətlərə dünya xalqları, beynəlxalq institutlar da biganə qalmayıb. Litvalı tarixçi-alim Alqimantas Liyekis geniş araşdırmalar apararaq Azərbaycan xalqının tarixini öyrənib, səhih mənbələrə əsaslanaraq “Millətlərin Qafqaza köçü. XX əsr” adlı kitab yazıb. Bu kitabda tarixi faktlarla qədim Azərbaycanın malik olduğu ərazilər, azərbaycanlıların o dövrlərdən burada yaşadığı, eləcə də mədəniyyəti, dövlətçilik ənənələri əks olunub. Kitabın yazılmasında əsas məqsəd ermənilərin xalqımıza qarşı apardığı qərəzli təbliğatın qarşısını almaq, həmçinin, litvalılara ermənilərin Azərbaycanda törətdikləri cinayətləri tarixi faktlarla açıb göstərməkdir.

Ermənilərin Qafqaza köçündən, burada yerli türklərə qarşı törətdikləri cinayətlərindən, satqınlığından çox danışılıb. Litvalı jurnalist Qintaras Visoskasın “Qara bağın faciəsi” adlı kitabında da Azərbaycan və Ermənistan arasındakı münaqişədən bəhs olunur. Müəllif iki xalqın tarixindəki oxşar cəhətlərdən, faktlara istinadən iki əsrdən çoxdur ki, xalqımızın düçar olduğu bəlalardan, üzləşdiyi haqsızlıqlardan yazıb.

... Dili və dini, milli dəyərləri və ənənələri, mədəniyyəti xalqımızla ümumi olan özbək xalqı hər zaman bizə dəstək olub, tarixi həqiqətlərin üzə çıxarılmasında əlindən gələni əsirgəməyib. Özbəkistanın məşhur tədqiqatçısı, tarixçi-alimi Şuhrat Nasıroviç (Şuhrat Barlas) ermənilərin törətdikləri soyqırımlarla bağlı araşdırmalar aparıb. Onun bu günədək  “Qarabağ-ideyalar müharibəsi”, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar -Fərqanədən Qarabağa qədər”, kitabları çap olunub, bu yaxınlarda isə “İflas. Milliyyətçilik - Antaqonizm” kitabı işıq üzü görüb. Kitablarında Türküstanda törədilən vəhşiliklərdə, terrorlarda erməni-daşnak izlərindən, onların apardığı ideoloji və soyuq müharibələrdən, erməni millətçilərinin müxtəlif zamanlarda Azərbaycanda, Gürcüstanda, Özbəkistanda törətdikləri qırğınlardan, soyqırımlardan söhbət açaraq belə yazır: “Bolşevik terroru nəticəsində Türküstanda milyonlarla insan qətlə yetirilib. Həmin qırğınlarda erməni daşnaklarının rolu böyükdür. Dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi əsl terror, etnik təmizləmə və soyqırımdır”.

Şuhrat Barlas türk etnosuna qarşı aparılan soyqırım siyasətini geniş araşdırdığı “Qarabağ - ideyalar müharibəsi” kitabında erməni daşnaklarının hansı zərərli ideyaları irəli sürdüklərini, insanları ideoloji müharibəyə necə hazırladıqlarını tarixi faktlarla ortaya qoyur: “Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin fəal köməyilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır”.

“İflas. Milliyyətçilik-Antaqonizm” kitabında müəllif Özbəkistanda və Azərbaycanda-Qarabağda törədilən terror hadisələrinin oxşar və fərqli cəhətlərini araşdırır, hadisələri faktlara söykənərək müqayisə edir. Kitab 2018-ci ildə Özbəkistanın “İstiklol nuri” nəşriyyatında rus dilində çap olunub. Şuhrat Barlas bu kitabı ərsəyə gətirmək üçün 30 ildən çox araşdırma aparıb. Buna qədər yazdığı əsərlərindan yararlanaraq, 299 yerli və xarici mənbələrə istinad edib. Qələmə aldığı bütün hadisələr tarixi faktlara əsaslanır.

Müəllif yazır: “V.İ.İlyuxin memuar və müsahibələrində Azərbaycan SSR DTK-nın sədri İvan İvanoviç Qorelovskinin sözlərinə istinad edərək dəfələrlə bildirib ki, Telman Xorenoviç Qdlyanın (SSRİ-nin, Rusiyanın dövlət və ictimai xadimi - X.A.) Özbəkistandan sovurduğu pullar Qarabağda “döyüşüb”. Sonralar Qarabağ hadisələriylə bağlı aparılan araşdırmalarda bu fakt təsdiqlənib.

T.Qdlyan sistematik şəkildə “Qarabağ” separatçı hərəkatını maliyyələşdirib...” Erməni separatçıları tərəfindən törədilən və cəzasız qalan cinayətlərdən biri də azərbaycanlıların Ermənistan SSR-dən - doğma yurd-yuvalarından qovulmasıdır.

Şuhrat Barlas ermənilərin XX əsrin əvvələrindən etibarən Özbəkistanda apardıqları gizli terror siyasətini oxucuların diqqətinə çatdırır: “Daşnaksütun” erməni milli partiyasının fəallarından biri Derenik Zaxaroviç Apresyan 1937-ci ilin 19 avqustda Özbəkistan SSR-nin Xalq Daxili İşlərinin komissarı təyin edilir.

O, bu vəzifədə 1938-ci ilin 21 noyabrına qədər çalışıb. Əgər bu tarixə diqqət etsək, dərhal hər şey gün kimi aydın olur.

Məhz bu daşnakın idarəçiliyi dövründə Özbəkistanın Xalq Daxili İşlər Komissarlığının sərəncamına əsasən, bütün özbək maarifçi elitası məhv edildi, ya da Sibirə sürgünə göndərildi...”

...Kitabı vərəqləyən zaman maraqlı, daha doğrusu, faciəvi bir fakt gözümüzdən yayınmadı: “...Qafqazda olduğu kimi, daşnaklar Kiçik Asiyada, o cümlədən, Türküstanda da müsəlman əhaliyə qarşı özlərini qatil, cani, qəsbkar kimi aparıblar.

Daşnaklar bolşeviklərlə birgə Kokand şəhərini (Özbəkistanda şəhər - X.A.) başdan-başa yandırıb, yerli əhalini qılıncdan keçiriblər.

Həmin hadisələrin şahidləri bildirir ki, “Kokand ölü şəhərə çevrilmişdi”. Xəstəxanalar xəstələrlə birgə yandırılıb, az müddətdə on mindən çox Kokand sakini qətlə yetirilib.

Daşnaklar dinc sakinlərin ayaqlarını, qollarını, qadınların döşlərini kəsib, uşaqları diri-diri ət dəzgahından keçiriblər...” Bu qanlı hadisə 13 fevral 1918-ci ildə baş verib. Və sanki 26 fevral 1992-ci il Xocalı soyqırımının eynidir.

Oxuduqca dəhşətə gəlirik. Bəşər övladı necə bu qədər azğın, qansız, namərd ola bilər?! Bu suallara cavab tapmaq olmur... Şuhrat Barlas kitabın sonrakı səhifələrində Xocalı faciəsindən geniş söz açır, tarixi faktları bir-bir oxucuların diqqətinə çatıdırır.

“İflas. Milliyyətçilik-Antaqonizm” kitabında sadaladığımız məqamlarla yanaşı, indiki Ermənistan torpaqlarının əzəli və tarixi Azərbaycan torpaqları olduğu, o ərazilərin hansı yollarla ermənilərə verildiyi, ermənilərin Cənubi Qafqaza süni və məqsədyönlü şəkildə yerləşdirildiyi, həmvətənlərimizin İrəvandan, Dağlıq Qarabağdan qovulduğu sənədlərlə sübuta yetirilir.

Onu da ürək ağrısıyla qeyd etməliyik ki, Şuhrat Barlas bu əsərləri çap etdirəndən sonra ölkəsində müxtəlif təzyiqlərə məruz qalıb. Ermənilər onu tarixi faktları saxtalaşdırmaqda, millətçilikdə, pantürkizmdə ittiham edirlər, haqqında əsassız böhtanlar yayırlar, şərəf və ləyaqətini təhqir edirlər. Hətta evini daşa basıb, ailəsini incidirlər.

... Şuhrat Nasıroviç Azərbaycan və Özbəkistan prezidentlərinə ünvanladığı müraciətində belə yazıb: “... Sonuncu kitablarım çıxana qədər belə təhdid və hədələrlə rastlaşmamışdım. 2016-cı ilin dekabr ayının axırlarından başlayaraq sosial şəbəkələrdə və saytlarda barəmdə böhtan və şər dolu yazılar dərc olunmağa başladı. Bu məqalələri dərc edənlər Azərbaycan və özbək xalqları arasındakı inamlı və mehriban dostluq əlaqələrinə xələl gətirəcəklərini düşünürlər. Bu təhdidlər erməni terrorizmi barədə yazdığım elmi-publisistik kitablarım “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” işıq üzü görəndən sonra başlayıb. Erməni daşnakının xislətində olanlar tariximizin  heç bir akademik müzakirəsini məqbul hesab etmirlər. Kitabımda yer alan tezisləri normal elmi, sivil münasibətlər müstəvisində müzakirə etmək əvəzinə, öz ölkəmdə rahat yaşamağıma, iki xalqın tarixi həqiqətlərini yazmağıma mane olur, məni hədələyirlər... Onlar dayanmadan məni millətçilikdə, pantürkizmdə, fırıldaqçılıqda ittiham edir, haqqımda şər-böhtan yayır, ekstremist qruplarla əlaqədə olduğumu yazıb, şərəf və ləyaqətimi təhqir edirlər. Şəxsimə qarşı yönələn belə təhqirlər və böhtanlar səbəbindən ailəmin də rahatlığı əlindən alınıb, normal şəraitdə işləyə bilmirəm...”

Erməniləri “narahat edən” bu əsərlər, xüsusilə də, “İflas. Milliyyətçilik - Antaqonizm” kitabı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda ən uğurlu addımlardan biridir. Bu kitab həm də tarixi faktlara, çoxsaylı sübut və dəlillərə söykənərək ermənilərin və onlara dəstək olanların iç üzünü açmaqla Orta və Mərkəzi Asiyada, Qafqazda müsəlman əhaliyə qarşı xüsusi amansızlıqla davranan ermənilərin cinayətini, türkə nifrətini əks etdirən tarixin real güzgüsüdür...

 





04.06.2018    çap et  çap et