525.Az

İranda VI Beynəlxalq Dəmiryolu sərgisi


 

İranda VI Beynəlxalq Dəmiryolu sərgisi <b style="color:red"></b>

İranda VI Beynəlxalq Dəmiryolu sərgisinin açılış mərasimi keçirilib. 

APA-nın Tehran bürosunun məlumatına görə, Tehranda keçirilən Beynəlxalq Dəmiryolu sərgisində 18 ölkədən 90 şirkət iştirak edib. 

Sərginin açılış mərasimində çıxış edən İranın yol və şəhərsalma naziri Abbas Axundi İranın dəmir yolunu inkişaf etdirməkdə ciddi əzmkarlıq nümayiş etdirəcəyini vurğulayıb: "Yeni texnologiyaların əldə olunması, dəmir yolunda sürətli qatarlardan istifadə,  mövcud qatarların təmir və yenilənməsi, dəmir yolunun inkişafı sahəsində potensialın artırılması  İran Dəmir Yolları İdarəsinin qarşısında olan proqramlardır”. 

A.Axundi deyib ki, hazırda İranın dəmir yolları vasitəsilə  ildə 47 milyon ton yük daşınır və bu rekord davam etdiriləcək.  

İranın Dəmir Yolları İdarəsinin baş direktoru Səid Məhəmmədizadə sərginin açılış mərasimi çərçivəsində jurnalsitlərə bildirib ki,  İran yaxın 3 il ərzində  dəmir yolu vasitəsilə yük daşımaları həcmini ildə 120 milyon tona çatdırmağı planlaşdırır: "Hazırda 100 milyon tondan artıq yükü daşımaq potensialına malikik". 

Qeyd edək ki, bu gün sərgi çərçivəsində İran istehsalı olan 1300 at gücünə malik dizel motorunun istehsal xəttinin açılışı da olub.

 





19.06.2018    çap et  çap et