525.Az

Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu


 

Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu<b style="color:red"></b>

Bu gün dünya çempionatında ilk tura yekun vurulub.

Qol.az-ın xəbərinə görə, H qrupunda iki oyun keçirilib.

Qrupun ilk matçında Kolumbiya və Yaponiya milliləri üz-üzə gəlib. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunsa da, sonda qələbəni asiyalılar bayram ediblər.

Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşıb. Levandovski-Mane mübarizəsi adlandırılan görüşdə Avropa təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub.

A qrupunda isə 2-ci tura start verilib. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşıb. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması Uruqvaya uduzub - 0:1.

Rusiya millisi Afrika təmsilçisi ilə görüşdə də qələbə qazanıb. İkinci hissənin əvvəlində meydan sahibləri 3 top fərqi ilə keçiblər. Misirin gücü yalnız mundialda debüt edən Salahın penalti qolu ilə fərqi azaltmağa çatıb. 

2 turdan sonra 6 xalı olan Rusiya millisi böyük ölçüdə 1/8 finala vəsiqə qazanıb. Bunun rəsmiləşməsi üçün sabah Uruqvay Səudiyyə Ərəbstanıya uduzmamalıdır.

 





20.06.2018    çap et  çap et