525.Az

Nazir: "Dövlət ordunun bütün tələbatını ödəyir"


 

Nazir: "Dövlət ordunun bütün tələbatını ödəyir"<b style="color:red"></b>

"Azərbaycan Ordusu bir ayda 500 tondan çox ətdən istifadə edir". 

APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. 

Nazir qeyd edib ki, dövlət ordunun bütün tələbatını ödəyir: "Bu gün əsgərlərimizə gündə 3 dəfə milli yemək verilir. Onlar ən yüksək keyfiyyətli qidalarla qidalanırlar. Dövlətimiz hərbçilərin rahatlığı üçün hər şeyi edir. Hətta əsgərlərin yeməyini də mülki işçilər bişirir. Bütün bunlar döyüş hazırlığına yönəlib. 

Biz istəyirik ki, əsgərlərimiz yalnız döyüş hazırlığına önəm versinlər. Bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır".

 





20.06.2018    çap et  çap et