525.Az

Ombudsman: "Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb"


 

Ombudsman: "Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb"<b style="color:red"></b>

"Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yoxsulluğun dərəcəsi 85 faiz müəyyən edilmişdi. Sonradan həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu rəqəm əhəmiyyətli dərəcədə aşağı düşüb".

APA-nın xəbərinə görə, bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında Azərbaycanın Ombudsmanı Elmira Süleymanova deyib. O bildirib ki, Azərbaycanda işsizlik 5 faizə endirilib.

E. Süleymanovanın sözlərinə görə, ölkə daxilində 240 müəssisə var ki, insanlar həmin yerləri öz iradəsi ilə tərk edə bilmir: "Bizim Milli Preventiv Qrup tərəfindən bu müəssisələrdə monitorinqlər aparılır". 

Ombudsman sonuncu seçkilərdən sonra bələdiyyələrdə qadınların sayının 35 faizə çatdığını qeyd edib. E. Süleymanov illər öncə bələdiyyələrdə qadınların sayının 4 faiz olduğunu xatırladıb.

 





20.06.2018    çap et  çap et