525.Az

Brüssel sammiti: Azərbaycanın diplomatik qələbəsi fonunda Paşinyanın dilənçiliyi


 

Brüssel sammiti: <b style="color:red">Azərbaycanın diplomatik qələbəsi fonunda Paşinyanın dilənçiliyi </b>

Məlum olduğu kimi, prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün 10-12 iyul tarixlərində Belçikanın paytaxtı Brüsseldə səfərdə olub.

Olduqca faydalı keçən səfər zamanı Azərbaycan prezidenti bir sıra ölkələrin, beynəlxalq qurumların rəhbərləri ilə vacib görüşlər keçirib. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirilən görüşdə Azərbaycan ilə qurum arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Səfər zamanı "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanması mərasimi olub. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini paraflayıblar.

Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Eyni zamanda, paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.

Prezident İlham Əliyev NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda, eləcə də NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib.

NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovun ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə görüşü də xüsusi qeyd olunmalıdır. Çünki bu formatda görüş ilk dəfədir ki, baş tutur və bu görüşün keçirilməsi ABŞ hökumətinin Azərbaycana verdiyi önəmi bir daha sübut edir. Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Prezidentin Belçika səfəri, keçirilən görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Qərb liderləri daha yaxşı başa düşürlər ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyin Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədi isə ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır.

Bizim üçün mühüm məqamlardan biri də odur ki, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edildi.

Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsinə rolunu yüksək qiymətləndirir.

Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Azərbaycan dünyada sülhyaratma prosesinə əməli töhfə verməsi isə bu rolu daha da artırır.

Brüssel səfərinin nəticələrini Aİ-nin Azərbaycana və Ermənistana münasibəti prizmasından təhlil etdikdə görürük ki, Azərbaycan prezidenti yüksək səviyyədə qarşılandı, nəzərdə tutulmuş bütün məsələlər uğurla həll olundu. İstər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycanda və Azərbaycan prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər. Azərbaycan əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq etdi.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssel səfərindən məyus və əliboş qayıtdı. Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləsə də, bu, baş vermədi. Ermənistan mediasının iddia etdiyi kimi qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı.

Ən əsası isə Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı. Mogerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir.

İstər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olundu. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı.

Diqqət çəkən məqamlardan biri də Paşinyanın ermənilərə xas olan dilənçilik siyasətinin də uğursuzluqla sonuclanması oldu. Belə ki, Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Paşinyan hələ ki, nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi.

Politoloq Fikrət Sadıqov hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı həm Avropa İttifaqı, həm də NATO sammitində iştirak etməsi Azərbaycanla Aİ arasında mövcud olan ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Səfər çərçivəsində dövlət başçısının mühüm görüşlər keçirdiyini dilə gətirən politoloq söyləyib ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanan "Tərəfdaşlıq prioritetləri" sənəd ölkəmizin maraqlarına cavab verən sazişdir: "Avropa İttifaqı ilə müqavilənin bağlanması ərəfəsində belə bir sazişin imzalanması mühüm rola malikdir. Digər tərəfdən, NATO sammitində Azərbaycanın ərazi bütövlüyü tanındı, qəbul olunan deklarasiyada ölkəmizin suverenliyi, bütövlüyü ilə bağlı xüsusi maddə əlavə olundu. Bütün bunlar Azərbaycan üçün mühüm olmaqla yanaşı, ölkəmizin həm siyasi, həm də diplomatik uğurlarıdır".

Brüssel səfərinin Azərbaycandan fərqli olaraq Ermənistan üçün gözlənilən olmadığını dilə gətirən F.Sadıqov bildirib ki, buna səbəb düşmən ölkənin baş nazir Nikol Paşinyanın anlaşılmayan siyasət yürütməsidir: "Azərbaycan konkret olaraq NATO ilə Aİ ilə əməkdaşlıq edir və eyni zamanda, NATO-da daxil olmaq haqqında planlarımızın olmadığını açıq şəkildə bildirir. Amma Paşinyan nə etdiyini bilmir. Xatırladım ki, Paşinyan hələ hakimiyyətə gəlməmişdən öncə meydanlarda Qərbə üz tutacağını, Rusiyadan imtina edəcəyini bildirirdi. Sonradan o, Soçidə Rusiya prezidenti ilə görüşdü və bundan sonra yenə də Avropa, Qərblə münasibətlərinin yaxınlaşdıracağını bildirdi. Paşinyanın Brüssel səfərindən məyus şəkildə qayıtması bir daha göstərdi ki, onun yürütdüyü siyasət Avropa İttifaqı tərəfindən də dəstəklənmir. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı. Ermənistan faktiki olaraq zəif obrazını bir daha göstərmiş oldu". Politoloq qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda çox güclü və önəmli oyunçuya çevrilib: "Azərbaycan Avropan enerji təhlükəsizliyi ilə təmin edən bir ölkə olmaqla yanaşı, bir sıra mühüm layihələrin təşəbbüskarı və onların həyata keçirilməsində böyük rola malikdir. Avropanın İttifaqı ölkəmizin təşəbbüskarı olduğu TANAP, TAP və Cənubi Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu yüksək qiymətləndirir. Bunu bütün Qərb ölkələri də yaxşı bilir və bu, Azərbaycanın ən böyük üstünlüklərindəndir".

PƏRVANƏ

 





17.07.2018    çap et  çap et