525.Az

Pantomima Teatrı mövsümə "İt gəzdirən xanım"la yekun vurub


 

Pantomima Teatrı mövsümə "İt gəzdirən xanım"la yekun vurub<b style="color:red"></b>

Azərbaycan Dövlət Pantomima Teatrı mövsümə A.P.Çexovun "İt gəzdirən xanım" hekayəsi əsasında hazırlanmış tamaşa ilə yekun vurub.

Leyla Atayevanın quruluşunda izlənilən səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırıb.

Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

ŞAHANƏ

 





17.07.2018    çap et  çap et