525.Az

Gürcüstanda iki sabiq nazir istintaqa cəlb olundu


 

Gürcüstanda iki sabiq nazir istintaqa cəlb olundu <b style="color:red"></b>

Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, habelə keçmiş regional inkişaf və infrastruktur naziri Zurab Alavidze istintaqa cəlb olunub. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş prokurorluğundan bildirilib. 

Məlumata əsasən, sabiq nazirlər vəzifələrindən sui-istifadə, böyük həcmdə dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi faktı ilə bağlı Baş prokurorluqda sorğu-sual olunub. 

Qeyd edək ki, D. Kumsişvili 2015-ci ilin sentyabrından 2018-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri olub. Z. Alavidze isə 2016-cı ilin noyabrından 2018-ci ilin martına qədər regional inkişaf və infrastruktur naziri vəzifəsini tutub.

 





17.07.2018    çap et  çap et