525.Az

İtaliya prezidenti Azərbaycana gəldi


 

İtaliya prezidenti Azərbaycana gəldi<b style="color:red"></b>

İtaliya prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycana rəsmi səfərə gəlib. 

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

İtaliya prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 





18.07.2018    çap et  çap et