525.Az

Mettis Rusiya müdafiə naziri ilə danışıqlara hazırdır


 

Mettis Rusiya müdafiə naziri ilə danışıqlara hazırdır<b style="color:red"></b>

ABŞ-ın müdafiə naziri Ceyms Mettis rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlar aparmağa hazırdır. 

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib. 

Mənbə söhbətin şəxsi görüş və yaxud telefon danışığından getdiyini dəqiqləşdirməyib. 

Rəsmi mənbələr məlumatı nə təsdiq, nə də təkzib edib. “Hazırda bu barədə heç nə deyə bilmərəm. Hər hansı dəyişiklik baş versə, sizi məlumatlandıracağıq”, deyə RİA Novosti agentliyinin sorğusunu cavablandıran Pentaqonun mətbuat xidmətinin əməkdaşı bildirib. 

Mettislə Şoyqu sonuncu dəfə 2015-ci ildə görüşüblər.

 





18.07.2018    çap et  çap et