525.Az

Yaqland İlqar Məmmədovun azadlığa buraxılmasını alqışladı


 

Yaqland İlqar Məmmədovun azadlığa buraxılmasını alqışladı<b style="color:red"></b>

Avropa Şurasının baş katibi Torbyorn Yaqland REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Şurası baş katibinin bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib: "Azərbaycanda Şəki Apellyasiya Məhkəməsinin beş ildən çox həbsdə olan İlqar Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlamaq lazımdır".

Qeyd edək ki, bu gün Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib.

 





13.08.2018    çap et  çap et