525.Az

"Avropa Azərbaycandan İtaliyaya olan Transadriatik qaz kəmərini dəstəkləməlidir"


 

"Avropa Azərbaycandan İtaliyaya olan Transadriatik qaz kəmərini dəstəkləməlidir"<b style="color:red"></b>

Avropanın Azərbaycandan İtaliyaya olan Transadriatik qaz kəmərini (TAP) dəstəkləməsi gərəkdir.

Trend-in məlumatına görə, bu barədə Devin Nunes bildirib.

Onun sözlərinə görə, bu qaz kəməri Avropanın Rusiya qazından asılılığının azaldılmasının yeganə yoludur.

Nunes həmçinin bildirib ki, bu qaz kəməri üçün yeganə maneə Rusiyanın İtaliyada apardığı təbliğatdır.

"Transadriatik qaz kəmərinin tikintisi ilə Avropa üçün daha bir qaz mənbəyi yaranmış olacaq. Bu vəziyyət Avropa ölkələrinin Rusiya qazından asılılığını aşağı salacaq", - deyə konqresmen əlavə edib.

 





14.08.2018    çap et  çap et