525.Az

Paşinyan qarşısında Koçaryanın "lider" olduğu "Qarabağ klanı"nı görəcək


 

Paşinyan qarşısında Koçaryanın "lider" olduğu "Qarabağ klanı"nı görəcək<b style="color:red"></b>

"Paşinyan ona edilən təzyiqlərə tab gətirə bilmədi və geri şəkildi. Bir neçə ay öncə qatı cinayətkar, hərbi cani, əli xalqımızın qanına bulaşmış Serj Sarkisyan xuntasını hakimiyyətdən devirərək, onu yerinə keçən Paşinyan "odlu-alovlu" çıxışlarla, reallığa və həqiqətə uyğun gəlməyən, bir çox hallarda isə bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlar verirdi. Özünü güclü göstərməyə, Ermənistanın tək nicat və xilas yolu olduğunu sübut etməyə, hər kəsi buna inandırmağa çalışırdı. Eyni zamanda, əvvəlki hakimiyyətlərdən də  uzağa gedərək, Qarabağ məsələsinin həllində daha qeyri-konstruktiv və dağıdıcı mövqe sərgiləyirdi. Həmçinin, uzun illər boyu Ermənistana himayədarlıq edənlərə, onu ayaqüstə saxlayanlara, əslində isə forposta çevirənlərə itaətsizlik göstərməklə, Qərbdəki havadarlarına xoş gəlməyə, ikili oyun oynamağa çalışırdı.  Yəni eks-prezident, qatı cinayətkar Robert Koçaryanın, həmçinin, digər sabiq prezident Serj Sarkisyanın qardaşı və qardaşı oğlunun həbsi, KTMT-nin baş katibi Yuri Xaçaturovla bağlı və sair addımların atılması Qərbə xoş gəlmək, özü haqda müsbət imic yaratmağa hesablanmışdı".

Bu sözləri  millət vəkili Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, qısa bir zamanda onun bu addımları əks-reaksiya ilə qarşılandı, Rusiya Paşinyanın bu hərəkətlərinə dözülməyəcəyini xarici işlər naziri səviyyəsində açıq şəkildə ortaya qoymuş oldu:

"İlk günlər Paşinyan buna müqavimət götərməyə çalışsa da, gücü yetmədi, "boyundan böyük işlərə" girişdiyini anlayaraq, geri çəkildi, Koçaryanı həbsdən buraxdırmaq məcburiyyətində qaldı və bununla olan-qalan imicinə də böyük zərbə vurdu.

Bundan sonra çətin ki, o, öz imicini, nüfuzunu bərpa edə bilsin. Əksinə, Koçaryanı həbsdən azad etməklə, özünə qarşı daha böyük cəbhə açmış oldu, yəni gələcək proseslərdə və seçkilərdə narazı elektorat, "vurulmuşlar", xüsusilə də, illərlə Sarkisyan və Koçaryanın kart kimi istifadə etdikləri "Qarabağ klanı" ona qarşı daha sıx birləşmiş olacaq. Çox güman ki, onlara da artıq qalib durumunda olan Koçaryan başçılıq edəcək. Ancaq istər Ermənistan, istərsə də Paşinyanın tək xilas və nicat yolu Azərbaycanla ədalətli sülh razılığına gəlmək, işğala və təcavüzə son qoymaqdır. Yoxsa, onları hər mənada qara günlər gözləyəcək".

Kamil HƏMZƏOĞLU

 





17.08.2018    çap et  çap et