525.Az

Mətbuat Şurasının sədri BDU-da abituriyentlərin qeydiyyatı prosesini izləyib


 

Mətbuat Şurasının sədri BDU-da abituriyentlərin qeydiyyatı prosesini izləyib<b style="color:red"></b>

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə qəbul olmuş abituriyentlərin qeydiyyatı prosesini izləyib.
 
Prosesdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli də iştirak edib.

Professor Cahangir Məmmədli bildirib ki, Bakı Dövlət Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılıb. Universitetin bütün fakültələrinə, həmçinin, Jurnalistika fükültəsinə qəbul olanlar abituriyentlər avqustun 28-dək, şənbə, bazar və bayram günləri istisna olmaqla sənədlərini BDU-ya təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını BDU-dan öyrənə bilərlər: "Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilə bilər. Bu səbəbdən də abituriyentlər tələsməlidirlər".

Əflatun Amaşov abituriyentlərlə görüş zamanı bildirib ki, jurnalistika fakültələrinə test imtahanlarından əlavə qabiliyyət imtahanları tətbiq olunur: "Sevindirici haldır ki, artıq qabiliyyət imtahanlarının bəhrəsini görməyə başlamışıq və növbəti illərdə də görəcəyik. Sözügedən fakültəni seçən abituriyentlərin sayında da artım var. Bütün bunların hamısı onu göstərir ki, Azərbaycanda jurnalistika prestijli bir sahəyə çevrilib".

S.QARAYEVA

 





17.08.2018    çap et  çap et