525.Az

Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı


 

Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində 2018-ci ildə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb.

Mərkəzin mətbuat xidmətindən bildirilib ki, aparılmış ilkin araşdırmalar zamanı Gəncə və Mingəçevir şəhərləri üzrə müxtəlif ali və orta təhsil müəssisələri əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində artıq Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri adlarına yiyələnmiş gənclərin qəbul imtahanlarında abituriyentlərin şəxsiyyət vəsiqələri və imtahana buraxılış vərəqələrini təqdim etməklə, imtahanda iştirak etmələrinin təşkil olunmasına cəhd edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən həmin faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 29, 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə özgəəmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

S.QARAYEVA

 





17.08.2018    çap et  çap et