525.Az

Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq


 

Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq<b style="color:red"></b>

Azərbaycan Ukraynanın Xarkov və Odessa şəhərlərində ticarət evləri açmağı planlaşdırır.

Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən Trend-ə verilən məlumata görə, gələcəkdə Azərbaycan Lvov və Truskovetsdə də ticarət evlərini açmaq imkanını nəzərdən keçirir.

Xatırladaq ki, iyunun 22-də Kiyevdə Azərbaycanın Ukraynada ilk ticarət evi açılıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Ukrayna Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv iştirak ediblər.

Ticarət evlərində “Made in Azerbaijan” brendi ilə təqdim olunan mallar arasında mineral sular, alkoqollu içkilər, kosmetika, avtomobil yağları, çay və digər məhsullar satılacaq.

Son vaxtlar Azərbaycan "Made in Azerbaijan" brendini xarici ölkələrdə aktiv olaraq təşviq edir. Bu məqsədlə artıq Latviyanın Riqa, Belarusun Minsk şəhərlərində ticarət evləri açılıb. Çinin Şanxay şəhərində isə Azərbaycan şərab evinin açılması da nəzərdə tutulub.

 





18.08.2018    çap et  çap et