525.Az

Bitkoin cüzi bahalaşıb


 

Bitkoin cüzi bahalaşıb<b style="color:red"></b>

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşıb.

Trend-in məlumatına görə, bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 2,31% artaraq 6,467 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb. Belə ki, "Ethereum" 4,99% və ya 298,78 dollaradək, "Ripple" 6,62% (0,3022 dollara qədər), "Bitcoin Cash" isə 4,1% (533,13 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 211,41 milyard dollar təşkil edir və bunun 52,7% faizi bitkoinin payına düşür.

 





18.08.2018    çap et  çap et