525.Az

Şəkidə Diaspor Gənclərinin I Yay düşərgəsi keçiriləcək


 

Şəkidə Diaspor Gənclərinin I Yay düşərgəsi keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsi bir neçə günə başlayır.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın dilbər guşələrindən olan qədim Şəki şəhərində təşkil edilən düşərgəyə 37 ölkədən azərbaycanlı gənclər gələcək. Gənclərin Azərbaycana gəlişi avqustun 22-dən başlayır. Onlar Amerika Birləşmiş Ştatlarında, Avropanın müxtəlif ölkələrində, keçmiş sovet respublikalarında, müxtəlif Şərq ölkələrində, bir sözlə, dünyanın 4 bir yanında yaşayan soydaşlarımızdı. Düşərgə iştirakçılarının bir qismi doğma vətənləri olan Azərbaycana ilk dəfə səfər edir.

Düşərgədə 150-dən artıq gənc toplanacaq, onları maraqlı, yaddaqalan görüşlər, eyni zamanda, istirahət və əyləncə gözləyir. Gənclər ictimai xadimlər, millət vəkilləri, müharibənin ağrı-acısını yaşamış soydaşlarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də yerli gənclər və diaspor sahəsinin ekspertləri ilə görüşəcək, tarixi məkanlarla tanış olacaq, turizm potensialı barədə məlumat alacaqlar. Düşərgə iştirakçılarının Qarabağ atlarını da seyr etmək imkanları var. Diaspor gəncləri üçün qısamüddətli olsa da, Azərbaycan dili dərsləri nəzərdə tutulub.

Diaspor Gənclərinin I Yay düşərgəsi avqustun 28-da başa çatacaq.

C.ABASOV

 





18.08.2018    çap et  çap et