525.Az

Qanunsuz yolla gömrükdən keçirilən xeyli sayda qaz balonu aşkar edilib


 

Qanunsuz yolla gömrükdən keçirilən xeyli sayda qaz balonu aşkar edilib<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsi qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən verilən xəbərə görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili “HCVG vizual - Smiths Detection” yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Məlumatda bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda, sürücü qapısının örtüyü altında gizlədilmiş, 2 ədəd “Samsung Galaxy J5”, 2 ədəd “Samsung Galaxy J2” və 1 ədəd “Samsung Galaxy A6” markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

S.QARAYEVA

 





18.08.2018    çap et  çap et