525.Az

Bu il Azərbaycan vətəndaşları Türkiyədə 500-ə yaxın mənzil alıb


 

Bu il Azərbaycan vətəndaşları Türkiyədə 500-ə yaxın mənzil alıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 487 mənzil alıb.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, azərbaycanlılar bu göstəriciyə görə digər ölkələrin vətəndaşları arasında 9-cu yerdədir.

Ümumilikdə, 7 ay ərzində xarici vətəndaşlar Türkiyədə 14 676 mənzilə sahib olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,6 faiz çoxdur.

Qonşu ölkənin daşınmaz əmlak bazarına ən çox investisiya yatıranlar İraq (2 571 mənzil), Səudiyyə Ərəbistanı (1 298 mənzil), İran (1 265 mənzil), Rusiya (988 mənzil) və Əfqanıstan (862 mənzil) vətəndaşlarıdır.

 





18.08.2018    çap et  çap et