525.Az

Azad Rəhimov Göygöldə vətəndaşları qəbul etdi


 

Azad Rəhimov Göygöldə vətəndaşları qəbul etdi<b style="color:red"></b>

Gənclər və idman naziri Azad Rəhimov avqustun 17-də Göygöl rayonunda vətəndaşları qəbul edib.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov  Göygöldə   Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan şəhər və rayon sakinlərinin şikayət  və müraciətlərini  dinləyib.

Göygöl Heydər Əliyev Mərkəzində  baş tutan və  ümumilikdə 20-yə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman və digər sahələri əhatə edib.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış  istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

İdman sahəsi üzrə edilən müraciətlərə sırasına isə  fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM)   və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular daxil olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Şahanə MÜŞFİQ

 





18.08.2018    çap et  çap et