525.Az

Milli Kitabxanada “Əjdər Ol-60” adlı kitab sərgisi


 

Milli Kitabxanada “Əjdər Ol-60” adlı kitab sərgisi <b style="color:red"></b>

Avqustun 17-də M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasında şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun anadan olmasının 60 illiyi münasibətilə “Əjdər Ol-60” adlı kitab sərgisi açılıb.

Kitabxanadan  bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə olan kitabları, tərcümə etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, haqqında yazılan kitabları, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

ŞAHANƏ

 





18.08.2018    çap et  çap et