525.Az

Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunacaq


 

Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunacaq<b style="color:red"></b>

Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları, C.Nehru adına beynəlxalq mükafat laureatı Niyazinin xatirəsinə həsr edilən tədbir keçiriləcək.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov bildirib ki, tədbirdə Niyazinin həyat və yaradıcılığı haqqında çıxışlar dinləniləcək, tanınmış insanlar maestro ilə bağlı xatirələrini bölüşəcək, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou, Niyazinin dirijorluğu ilə konsertlərdən videofraqmentlər nümayiş etdiriləcək. Həmçinin, avqustun 20-si muzeydə “Açıq qapı” günü olacaq.

ŞAHANƏ

 





18.08.2018    çap et  çap et