525.Az

Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” layihəsi üzrə konsert


 

Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” layihəsi üzrə konsert <b style="color:red"></b>

Sentyabrın 19-da Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Gələcəyə inam” adlı müasir musiqi layihəsi üzrə konsert proqramı təqdim olundu.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə və BMA-nın tələbələri iştirak edirdi.

Əvvəlcə konsertin solisti, tanınmış pianoçu, Xalq artisti, professor Ülviyyə Hacıbəyova çıxış edərək dahi bəstəkar Üzeyir Hacıbəylinin sənət dünyasından, Azərbaycanın musiqi mədəniyyətinə töhfələrindən söz açdı. Bildirdi ki, Üzeyir bəyin adına bu il 10-cu dəfə keçirilən beynəlxalq musiqi festivalı böyük bəstəkarın yaradıcılıq ənənələrinin yaşadılması və təbliğinə xidmət edir.

Daha sonra Ülviyyə Hacıbəyovanın ifasında Nazim Əliverdibəyovun "Bayatı-Şiraz", Əfrasiyab Bədəlbəylinin "Vals", Fərhad Bədəlbəylinin "Xatirələr", Arif Məlikovun "Ötəri anlar", Firəngiz Əlizadənin fortepiano üçün musiqi, Fərəc Qarayevin sonata, İsmayıl Hacıbəyovun variasiyalar, İ.Stravinskinin “Reqtaym”, V.Zaderatskinin sonata və E.Satinin “Bürokratik sonata” əsərləri səsləndirildi.

 





20.09.2018    çap et  çap et