525.Az

Bond haqqında çəkiləcək filmin yeni rejissorunun adı açıqlandı


 

Bond haqqında çəkiləcək filmin yeni rejissorunun adı açıqlandı <b style="color:red"></b>

41 yaşlı rejissor Keri Fukunaqa yeni filmin rejissoru təyin olunub.

Trend-in məlumatına görə, “Əsl detektiv” serialının və “Ceyn Eyr” filminin rejissoru Fukunaqa bu ilin avqust ayında vəzifəsini tərk etmiş Denni Boylu əvəz edir.

Ceyms Bond haqqında 25-ci film 2019-cu ilin mart ayında başlayacaq.

Baş rolda Deniel Kreyqin çəkiləcəyi gözlənilir.

Filmin dünya premyerası 14 fevral 2020-ci il tarixində baş tutacaq.

 





21.09.2018    çap et  çap et