525.Az

Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək


 

Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək<b style="color:red"></b>

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar qəbul edilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin 2020-ci ildə tam istismara veriləcəyi və həmin vaxt tədbirin keçirilməsi üçün ən münasib məkanın Bakı olacağı nəzərə alınaraq Azərbaycan Enerji Xartiyası Konfransına sədrliyə namizədliyini irəli sürmüşdü. 2020-ci il üçün Konfrans sədrliyinə Azərbaycandan başqa, Ermənistan və Monqolustan da namizədliyini irəli sürdüyündən 3 ölkə arasında rəqabət vəziyyəti yaranmışdı.

Lakin Azərbaycan tərəfinin bu məsələ ilə əlaqədar davamlı fəaliyyəti, gərgin əməyi və diplomatik kanallar vasitəsilə aparılmış danışıqlar nəticəsində 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyə ən uyğun namizəd kimi ölkəmiz müəyyənləşib. Ermənistanın 2020-ci il üçün sədrlik iddiasının qarşısı alınıb. Bu ölkə konfransa 2021-ci ildə, Monqolustan isə 2022-ci ildə sədrlik etməyə razılaşıb.

 





21.09.2018    çap et  çap et