525.Az

Gənc şairimiz Dünya Yazarlarının 55-ci Belqrad görüşündə


 

Gənc şairimiz Dünya Yazarlarının 55-ci Belqrad görüşündə<b style="color:red"></b>

Şair Fərid Hüseyn dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılan, vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm əhlinin qatıldığı, böyük ənənəyə malik Dünya Yazarlarının 55-ci Beynəlxalq Belqrad Görüşündə (19-23 sentyabr) iştirak edir.

Altı şairə - Federiko Qarsiya Lorka, Bertolt Brext, Rasktko Petroviç, Aleksa Şantiç, Desanka Maksimoviç, Miloş Çrhanskiyə həsr edilən bu ilki görüşə 21 ölkədən (ABŞ, Kanada, İsrail, Türkiyə, Rumıniya, Yunanıstan, Fransa, Belarus,  Rusiya, Ukrayna, Almaniya, Rumıniya, İtaliya, Çexiya və  s.) 35 şair qatılıb.

Şairlər 21 sentyabrdan etibarən qruplar şəklində bölünərək Serbiyanın 14 şəhərlərində ədəbi görüşlərdə iştirak edirlər. F.Hüseyn İndjija və Novi Sad şəhərlərində ədəbi görüşlərə qatılır. Onun yer aldığı ədəbi qrupda müxtəlif ölkələrdən– Lyudmila Kloçka (Belarus), Çvi Nir (İsrail), Balço Balçerv (Bolqarıstan) Miroslav Demak (Slovakiya) Erik Sabliç (Slovakiya) Yelena Sabliç Tomiç (Xorvatiya) Dorit Silverman (İsrail)–şairlər təmsil olunur.

Qeyd edək ki, tədbirlə bağlı çap olunan antologiyada F.Hüseynin bioqrafiyası və “Qurşunların acığına” adlı şeiri serb dilində işıq üzü görüb.  

ŞAHANƏ

 





21.09.2018    çap et  çap et