525.Az

Almanların yarıdan çoxu Merkelin istefasını istəyir


 

Almanların yarıdan çoxu Merkelin istefasını istəyir <b style="color:red"></b>

Almanların yarıdan çoxu Kansler Angela Merkelin istefasını istəyir.

Trend-in məlumatına görə, "Insa" Sosiologiya İnstitutunun apardığı sorğunun nəticəsinə əsasən, almanların 56 faizi A.Merkelin Kansler postundan istefaya getməsinin lehinədir.

Sorğuda iştirak edənlərin 47 faizi növbədənkənar seçkilərin keçirilməsini zəruri olduğunu düşünür, əleyhinə cəmi 29 faiz olub.

Respondentlərin 24 faizi isə A.Merkelin hökumət başçısı vəzifəsinə yenidən seçilməsini istəyir.

 





21.09.2018    çap et  çap et